Cəmiyyət

  • 671

Xəmir xörəkləri orqanizmə nə dərəcədə zərərlidi? - DİQQƏT! - DİETOLOQ MÜNASİBƏT BİLDİRDİ

image

“Dünyanın ən qədim və zəngin mətbəxlərindən biri Azərbaycan mətbəxidir. Hal-hazırda qış fəsli olduğu üçün insanların çoxu xəmir xörəklərə üstünlük verir. Xəmirli qidalardan çox istifadə etməyin də təbii ki, zərərləri çoxdu”. Bu sözləri SİA-ya açıqlamasında dietoloq Sevinc Həsənzadə bildirib.

Onun sözlərinə görə, xəmir karbohidratdır, şəkərdi, qlükozadı: “Demək olar ki, xəngəl də, pilov da, tort da eyni şeydi. Xəmir yeməkləri və şirniyyat immuniteti aşağı salır. Bu qidalar nəticəsində beyin qidalanmır. Əksinə bu qidalar beyində kütləşmə prosesinə təkan verir. Fikir vermisinizsə xəmirli qida yeyən kimi insanın yuxusu gəlir. Lakin ət və ya tərəvəz ilə qidalanan insanın beyninə oksigen və qan daha yaxşı işləyir.

İmmun sistemi insan orqanizmi üçün çox vacib amillərdən biridi. Çünki bütün xəstəliklərdən qorunmaq üçün bizə güclü immun sistemi lazım olur. İmmuniteti möhkəmləndirmək üçün birinci növbədə artıq çəkilərdən azad olmaq lazımdı. Qış fəslində immun sistemini gücləndirmək üçün ilkin növbədə balıq, quş, iribuynuzlu və xırdabuynuzlu heyvan ətlərindən istifadə etmək lazımdı. Ona görə ki, ətin tərkibində çoxlu sayda protein və dəmir var. Daha sonra qış tərəvəzləri (brokkoli, kələm, xüsusən gül kəkəmi) qəbul edilməlidi”.

Sevinc xanım eyni zamanda qeyd edir ki, immunitet sisteminin güclü olması üçün səhər yeməyi də önəmli faktorlardan biridi. Hamıya məsləhət görərdim ki, hər səhər 2 yumurta yesinlər. Çünki yumurtanın tərkibində kalsium, kalium, sink və s. digər mikro elementlər var. Bununla yanaşı vitamin A,B,C ilə zəngin olan meyvələrlə qidalanmaq məsləhət görülür. Misal olaraq alma, naringi, kivi, avakado, ananas və s. Bəzi insanların fikirlərinə görə qışda ən çox çay içmək lazımdı. Amma bu çox yalnış fikirdi. Daha çox su istifadə olunmalıdı. Suyun tərkibindəki minerallar maddələr mübadiləsini sürətləndirir. Ümumiyyətlə hər bir kəs sağlam qidalanmalıdı. Biz sağlam qidalanmadığımız halda qəbul edilən yalnış məhsullar bağırsaqdan keçərək orqanizmaya yanlış paylanılır. Bu səbəbdə bir çox xəstəliklərə yol açır.

Digər xəbərlər