PDF Oxu

Sosial

  • 2 794

Bu şəxslər də karantində 7 gün qalacaq - Yeni qərar

image

Səhiyyə Nazirliyi koronavirusa yoluxan şəxslərin karantin müddəti ilə bağlı məlumat yayıb.Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən SİA-ya verilən birgə məlumata görə, son günlər səhiyyə qurumlarına edilən çoxsaylı müraciətləri nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 27 noyabr tarixli 371 nömrəli Qərarında edilmiş dəyişikliklə bağlı bildiririk ki, COVID-19 virusunun yeni mutasiyasına yoluxmuş şəxslərin 7 günədək azaldılmış karantin müddəti yanvarın 24-dən əvvəl PZR test nəticəsi “müsbət” olan şəxslərə və onların müəyyən olunmuş “sıx təmaslı”larına da şamil edilir.“Omicron” mutasiyasının genetik xüsusiyyətlərini nəzərə alaraq vətəndaşlarımızdan səhiyyə qurumlarımız tərəfindən müəyyən olunmuş virusa yoluxma riskini azaldan göstərişlərə əməl etmələri xahiş olunur.Aparılan tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarının yarada biləcəyi ağırlaşma hallarından qorunmağın ən effektiv yolu vaksinasiyadır.Əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub.Səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştamdan qorunmaq üçün gücləndirici (“buster”) doza ilə vaksin olunmağa çağırır.

sia.az

Digər xəbərlər

İmanla elmin ziddiyyət təşkil etmədiyini sübut edən maarifçi...

Onun ən məşhur əsərləri tatar xalqının tarixi və etnoqrafiyası ilə bağlıdır...

Dörd arvad, 40 uşaq və təxminən 100 nəvə...

...bir misirli böyük bir ailəni necə idarə edir

Müəllimlər, maaşların azlığından, zorakılıqdan şikayət etməyin və...

...sadəcə olaraq,..işdən çıxın! Rusiyalı köşə yazarı Kolesnikov müəllimlərə və təhsil işçilərinə məsləhətlər verib...

Tatarıstan özünün halal laboratoriyasını yaratmağa hazırlaşır

Əvvəllər Tatarıstan istehsalçısının halal olduğu iddia edilən kolbasalarında donuz DNT-sinin tapıldığı bildirilirdi...

ABŞ kosmosda oyun qaydalarını dəyişir

Pentaqon həm müdafiə, həm də hücum imkanlarını inkişaf etdirir...

Ölümdən sonra insanı nə gözləyir?

Rusiyalı keşiş cənnət və cəhənnəm haqqında 5 mifi dağıdır. Cəhənnəm necə qurulub və insanlar niyə cənnətə gedirlər?