Sosial

  • 2 839

Arıqlamaq üçün bunları bilməlisiniz - DİQQƏT

image

Arıqlamaq uzun və yorucu bir marafondur. SİA-nın xarici mətbuata əsasən verdiyi məlumata görə, nizam-intizam və dəqiq bilik bu marafonu uğurla başa vurmaq üçün motivasiya qədər vacibdir.

Əgər həqiqətən tez və daimi olaraq arıqlamaq istəyirsinizsə, bəzi mütəxəssis məsləhətlərinə ehtiyacınız olacaq.

Arıqlamaq üçün ən ideal və asan planı yaratmaq, arıqladan qidalardan maksimum yararlanmaq, düzgün şəkildə idman ilə asanlıqla arıqlamaq məsləhətlərinə diqqət yetirin.

Arıqlamaq üçün pəhriz məsləhətləri:
1. Çay için.

Araşdırmalar göstərir ki, müntəzəm olaraq çay (xüsusilə yaşıl çay) içən fərdlərin BKİ (bədən kütləsi indeksi) daha aşağı olur.

2. Acı bibər istehlak edin.

“British Journal of Nutrition” jurnalında dərc edilən araşdırmada acı bibərin tərkibindəki kapsasin maddəsinin yağ yandırmasını sürətləndirdiyinə dair məlumatlar əldə edilib.

3. Daha çox protein istehlak edin.

Protein təkcə əzələlərinizi inkişaf etdirmir, həm də termogen təsiri ilə daha çox yağ yandırır.

4. Balıq və ya balıq yağı istehlak edin.

Tədqiqatlar, müntəzəm olaraq balıq yağı istehlak edən siçovulların balıq yağı istehlak etməyənlərə nisbətən daha aşağı bədən yağ nisbətinə sahib olduğunu müəyyən etdi. Bununla belə, bir çox digər tədqiqatlar omeqa-3 yağ turşuları üçün oxşar nəticələr tapmışdır.

5. Yeməyə salatla başlayın.

Beləliklə, mədənizi aşağı kalorili qidalarla tez doldura və aclığınızı idarə edə bilərsiniz.

6. Lif yeməyi unutmayın.

Sağlam həzm sistemi üçün lazım olan lifli qidalar da sizi tox tutmağa kömək edir.

7. Yeməkdən əvvəl su için.

Yeməyə başlamazdan əvvəl 2 stəkan su içən insanlar daha tez arıqlayır.

8. Yavaş-yavaş yeyin.

Mədəniz 15-30 dəqiqəlik gecikmə ilə toxluq hissini beyninizə göndərir. Bu müddət ərzində mədənizi əlavə kalorilərlə doldurmaq istəmirsinizsə, yavaş-yavaş yeyin və çox çeynəyin.

9. Sağlam qəlyanaltılar və atışdırmalar edin.

Pəhrizinizə hərfi-hərfinə riayət etmək lazım deyil. Özünüzü mükafatlandırın və sağlam qaçamaqlar edin. Bir neçə kişmiş və bir az qoz dadlı və sağlam bir qaçamaq ola bilər.

10. Qızartmayın.

Qızartma üsulu ilə bişirəcəyiniz yeməklər yağlı və ağır olacaq. Yeməklərinizi qril və qaynatma üsulları ilə bişirməyə çalışın.

Günay İsmayıllı

Digər xəbərlər