“Son dövrlər informasiya texnologiyalarının inkişafı, hər şeyin kompyuter üzərindən idarə olunması müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini zəruri edir. 44 günlük Vətən müharibəsi zamanı məhz bu texnologiyalardan istifadə edilərək İrəvanda Azərbaycan himni səsləndirildi. Bu isə əhali arasında ciddi vahimə yaradırdı”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib. Politoloq bildirib ki, dövlətin informasiya təhlükəsizliyinin idarə olunmasına cavabdeh qurumlar bu sahədə ciddi iş aparırlar: “Dövlətin informasiya bazasının qorunmasını təmin etmək, vacib dövlət orqanlarının informasiya təhlükəsizliyini qorumaq o qədər də asan iş deyil. Bunun üçün xüsusi hazırlanmış mütəxəssislər bu işi həyata keçirirlər.Kiberhücumların qarşısını almaq üçün daha çevik iş aparmalıyıq. İndiki əsr informasiya əsridir və informasiya təhlükəsizliyinin təmin edilməsi də dövlətin ən vacib işləri sırasındadır.Dövrümüzdə informasiyanı kim tez əldə edirsə, üstünlük də ona keçir. Bütün bunlar nəzərə alındıqda kiberhücumlardan qorunmaq üçün görülən işlər olduqca əhəmiyyətlidir”.
Müəllif: Səbinə Hüseynli
Tədqiqatçılar burnu beyinə bağlayan spesifik bir sinir yolu müəyyən ediblər...