“Azərbaycan qısa müddət ərzində böyük imkanlar sərf edərək, işğaldan azad edilmiş bölgələrdə abadlıq və quruculuq işləri həyata keçirir. Nəzərə almaq lazımdır ki, 30 il ərzində torpaqlarımızın işğalı dövründə Azərbaycan ərazilərində misli görülməmiş vəhşiliklər həyata keçirilib. Bununla da işğal altında olan torpaqların təkcə infrastrukturuna deyil, həm də onun ekologiyası, kültürəl mirasına çox böyük zərbələr dəyib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib. Politoloq bildirib ki, Azərbaycan dövləti təkcə Böyük Qayıdış prosesini uğurla və mərhələli şəkildə həyata keçirmir, həmçinin Böyük Qayıdış prosesində iştirak edən məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması, onların qayıtdıqları torpaqda yaşam standartlarına və keyfiyyətlərinin ən yüksək səviyyəyə çatdırılmasını prioritet siyasət elan edib: “Demək olar ki, ölkəmiz hər gün qayıdan məcburi köçkünlər fonunda qayıdılacaq ərazilərdə həyat standartlarının bərpa edilməsinə çalışır. Təbii ki, Böyük Qayıdış proqramı çərçivəsində aparılan işlər həm geri dönən vətəndaşlarımız, həm də yenidən yaşamağa başlayan soydaşlarımız tərəfindən də yüksək şəkildə qiymətləndirilir.Nəzərə almaq lazımdır ki, indiyə qədər Azərbaycan tərəfindən heç bir ölkədən və yaxud təşkilatdan bir manat da yardım alınmadan bu işlər həyata keçirilir. Bu da bizim ölkəmizin ən qısa zamanda dağıntılardan böyük bir yeniliyi, cəhənnəmdən cənnəti necə ərsiyə gətirdiyini nümayiş etdirmiş olur. Əlsində Azərbaycan Böyük Qayıdış prosesini həyata keçirmək potensialını və işğaldan azad edilmiş ərazilərdə həyatı yenidən formalaşdırmaq baxımından da bir çox dünya ölkələrinə və müharibədən əziyyət çəkən xalqlara örnək ola bilər”.
Müəllif: Səbinə Hüseynli
Tədqiqatçılar burnu beyinə bağlayan spesifik bir sinir yolu müəyyən ediblər...