Noyabrın 23-24-də Naxçıvan şəhərində “Qərbi Azərbaycana qayıdış” adlı festival və “Qərbi Azərbaycan: böyük qayıdışa gedən yol” mövzusunda beynəlxalq konqres keçiriləcək. SİA-nın Naxçıvan bürosu xəbər verir ki, festival və konqresdə Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, iqtisadiyyatı və digər müxtəlif sahələrinin araşdırılması, eyni zamanda, geniş auditoriyada müzakirəyə çıxarılması əsas məqsəd kimi qarşıya qoyulub.Qeyd edək ki, festival və konqres Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti, Qərbi Azərbaycan İcması və Qərbi Azərbaycandan olan ziyalılarımızın birgə təşkilatçılığı ilə keçiriləcək.
Tədqiqatçılar burnu beyinə bağlayan spesifik bir sinir yolu müəyyən ediblər...