"2023-cü il şanlı Zəfər ilimizin davamı oldu. Dünyada gedən proseslər fonunda qeyd edə bilərik ki, heç bir dövlət başçısı öz gücü ilə torpaqlarını işğaldan azad etmək iqtidarında olmayıb. Amma bunu Azərbaycan dövlət başçısı etdi". SİA xəbər verir ki, bu sözləri “Bərabər inkişaf naminə” Azərbaycan Qadınlarının Forumunda Gender və İqtisadiyyat İB-nin sədri Təranə Kərimova deyib.O qeyd edib ki, bugünkü gündə bir çox qlobal layihələr Azərbaycanın rəhbərliyi ilə baş tutur: "Bu uğurların müəllifi Azərbaycan Prezidenti və onun uzaqgörən siyasətidir. Ölkə rəhbəri İlham Əliyev öz vəzifəsini uğurla daşıyır. Bildiyiniz kimi, 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan olundu. Təbii ki, bu il çərçivəsində planlaşdırdığımız önəmli layihələr var. Hər birimiz bu layihələrin uğurla başa çatması üçün əlimizdən gələni etməliyik".
Ləman Sərraf
Tədqiqatçılar burnu beyinə bağlayan spesifik bir sinir yolu müəyyən ediblər...