"Hər bir obyekt sahibi müəssisənin yanğın təhlükəsizliyi standartlarına uyğun təchiz edilməsi, ehtiyat su çəni, yanğın dolabları, xəbərdaredici nəzarət vasitəsiləri ilə təmin edilməsinə, bu təchizatın daim işlək vəziyyətdə olmasına cavabdehdir və buna görə məsuliyyət daşıyırlar. Təbii ki, xəstəxanaların da ümumi yanğın təhlükəsizliyinə dair tələbləri var". Bu sözləri SİA-ya açıqlamasında təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev deyib. Onun sözlərinə görə, səhiyyə müəssisələrinin binalarının damında stasionar yanğın pilləkənləri, səs pəncərələri və s. saz vəziyyətdə olmalıdır: "Palatalarda çarpayılar arasında məsafələr 80 santimetr, əsas mərkəzi keçid hissəsi isə 1 metr 20 santimetrdən az olmamalıdır. Ümumiyyətlə, keçid yerləri stul, çarpayı, hansısa dolabça ilə tutulmamalıdır. Dəhliz, keçid yerlərinə bu tip şeylərin qoyulması qadağandır. Yataq rejimində olan hər beş xəstə üçün ən azı bir xərək nəzərdə tutulmalıdır. Binanın hər mərtəbəsində minimum iki köçürmə çıxışı olmalıdır. Pilləkən qəfəslərində müxtəlif materiallar yığmaq, maneələr yaratmaq olmaz. Binadan çıxış istiqaməti sərbəst olmalıdır. Eyni zamanda işçilərin yanğın təhlükəsizliyi ilə bağlı bilik və bacarıqları artırılmalıdır”.
Ləman Sərraf
Tədqiqatçılar burnu beyinə bağlayan spesifik bir sinir yolu müəyyən ediblər...