İyun ayında Azərbaycanda Arbitraj üzrə İkinci Beynəlxalq Yay Məktəbi keçiriləcək. SİA xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatından (TDT) bildirilib.Qeyd olunub ki, yay məktəbi İbn Haldun Universiteti (Türkiyə), Bakı Dövlət Universiteti (Azərbaycan) və Türkiyə Arbitraj Akademiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.Yay məktəbinin əsas məqsədlərindən biri arbitraj sahəsində bilik və bacarıqlar əldə etmək, həmçinin qarşılıqlı təcrübə mübadiləsidir.İyunun 24-dən 28-dək keçiriləcək yay məktəbinə qeydiyyat başlayıb.
Tədqiqatçılar burnu beyinə bağlayan spesifik bir sinir yolu müəyyən ediblər...