Azərbaycan xalqı hər zaman möhkəm və bir olub. Bu gün də xalqımız həmrəyliyini nümayiş etdirərək 44 günlük Vətən müharibəsində bizə Zəfər qazandıran Müzəffər Ali Baş Komandanı öz işıqlı gələcəyi üçün yenidən Prezident seçdi. "Səs" qəzeti xəbər verir ki, bunu Prezident İlham Əliyevin seçkilərdə inamlı qələbəsi münasibətilə sevincini bölüşmək üçün Heydər Əliyev Mərkəzinin parkına gələn Xalq artisti Həmidə Ömərova deyib.
Xalq artisti qeyd edib ki, xalqımız daim Prezident İlham Əliyevə inanıb, onu dəstəkləyib və bu, gələcəkdə də belə olacaq.