Bu gün Füzuli şəhərinə daha 34 ailə yola salınıb. SİA xəbər verir ki, Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3” yaşayış kompleksində 123 nəfərdən ibarət növbəti köç karvanı yola düşüb.Bununla da Füzuli şəhərində ümumilikdə 596 ailənin (2 245 nəfər) daimi məskunlaşması təmin ediləcək.Qeyd edək ki, Füzuliyə sonuncu köç karvanı martın 15-də baş tutub. Həmin mərhələdə şəhərə daha 35 ailə - 153 nəfər köçürülüb və onlara mənzillərin açarları təqdim olunub. Ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşıblar.
Xəstəlik erkən mərhələlərində çox vaxt asemptomatik olur və bu da vaxtında müalicəyə mane olur...
GM-in lüks brendi elektrikli avtomobillərin satışını sürətlə artırır...
Havada səssizcə üzə bilən obyektlərə dair dəlillər qeydə alınıb...
Fizioterapiya ilə reabilitasiya koordinasiyanı tam bərpa etməyə kömək edəcək...