"Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankı və Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının birgə təşkilatçılığı ilə 300-dən artıq insanın iştirak etdiyi qanvermə aksiyası keçirilir. Toplanan qanlar Mərkəzi Qan Bankında müəyyən proseslər keçdikdən sonra talassemiya xəstələri üçün hazırlanır. Qan verən hər bir insan ilk olaraq həkim müayinəsindən keçir və sağlıq haqqında sorğular aparılır. Qan təzyiqi və mütləq göstərici olan hemoqlobin yoxlanılır". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Mərkəzi Qan Bankının nümayəndəsi Namirə Abbasova deyib."Təbii ki, qan verməyin insan orqanizmi üçün bir çox faydaları var. Yüksək qan təzyiqini normallaşdırır. Ən əsas faydalarından biri isə infarktın qarşısını almasıdır",- deyə o əlavə edib.
Ləman Sərraf
Tədqiqatçılar burnu beyinə bağlayan spesifik bir sinir yolu müəyyən ediblər...