Cəmiyyət

  • 1 326

Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb

image

Polis əməkdaşlar Xankəndi şəhərində tapança, avtomat və qumbaralar tapıblar. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 19-da Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 2 tüfəng, 6 qumbara, 5 alışdırıcı, 33 patron darağı, 1348 ədəd müxtəlif çaplı patron, 2 ədəd rabitə vasitəsi və digər sursatlar aşkar olunaraq götürülüb.

Digər xəbərlər