Azərbaycan parabadmintonçu İbrahim Əliyev İspaniyanın Vitoriya-Qasteys şəhərində keçirilən beynəlxalq turnirdə qoşa yarışda bürünc medal qazanıb. Bu barədə SİA-ya Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Sinqapurlu Tay Vey Minqlə birgə mübarizə aparan idmançımız qrup mərhələsini uğurla tamamlayıb. 1/4 finalda Fransadan olan rəqiblərini məğlub edən cütlük yarımfinala vəsiqə qazanıb.
Burada Hindistan idmançılarına məğlub olan ikili bürünc medala sahib çıxıb.
Alimlər bədəndəki ən təhlükəli maddəni müəyyən ediblər. Siz onu hər gün istehlak edirsiniz və nə qədər zərərli olduğunuzdan xəbərsizsiniz...
Albert Eynşteynin proqnozlaşdırdığı bir təsir əlavə rol oynadı...