Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının və Nəsimi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş rayonun idarə və müəssisələrinin komandaları arasında təşkil olunmuş futbol turnirinə start verilmişdir. Turnir 8 komandadan ibarət olmaqla 2 qrupa ayrılıb. Turnirə aprel ayının 5-də ilk oyuna start verilib, may ayının ilk həftəsində final yarışları keçiriləcək.
Turnirin idarə olunmasında idman müəllimlərindən ibarət hakim komandası cəlb olunmuşdur. Oyunlar Azfar Grup Şirkətinə məxsus mini-futbol meydançalarında keçirilir.
Tədqiqatçılar burnu beyinə bağlayan spesifik bir sinir yolu müəyyən ediblər...