Cəmiyyət

  • 1 262

Şəhid Ceyhun Gözəlzadənin doğum günündə xatirəsi yad edildi - FOTOLAR

image

Aprel ayının 25-də Biləsuvar rayonunun Bəydili kəndində şəhid Gözəlzadə Ceyhun Nazim oğlunun doğum günü ilə əlaqədar ata ocaqı ziyarət olundu. Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov və Qarabağ Müharibəsi Əlilləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin rayon şöbəsinin sədri Bəhruz Əliyev iştirak ediblər.

Ziyarətçilər şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi xidmətindən və şücaətindən bəhs edərək valideyninə baş sağlığı vermişlər.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Gözəlzadə Ceyhun Nazim oğlu 25 aprel 2002-ci ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olmuşdur. 2008-2019-cu illərdə Bəydili kənd tam orta məktəbində təhsil almış və 7 aprel 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə yollanmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak etmiş, döyüşlərdə şücaət göstərmiş və Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 30 sentyabr 2020-ci ildə Bəydili kənd qəbirstanlığında dəfn olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Gözəlzadə Ceyhun Nazim oğlu ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Ölümündən sonra adı əbədiləşdirilərək Bəydili kəndinin küçələrindən birinə verilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Digər xəbərlər