Cəmiyyət

  • 1 466

AZAL Talassemiya Günü ilə bağlı qanvermə aksiyası keçirib

image

“Azərbaycan Hava Yolları” QSC (AZAL) 8 may - Beynəlxalq Talassemiya Gününə həsr olunmuş “Qan ver, həyat ver!” şüarı altında könüllü qanvermə aksiyası keçirib. SİA-nın AZAL-a istinadən verdiyi məlumata görə, aksiya Azərbaycan Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının dəstəyi ilə Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisində yerləşən Tibb-Sanitar İdarəsində təşkil olunub.Tədbirdə AZAL-ın 100-ə yaxın əməkdaşı iştirak edib. Aksiyada iştirak etməzdən əvvəl onların sağlamlıqları Mərkəzi Qan Bankının həkimləri tərəfindən yoxlanılıb.Qanvermə aksiyası AZAL-ın sosial məsuliyyət fəaliyyəti çərçivəsində irsi qan xəstəliklərindən əziyyət çəkən, ağır qəza, cərrahi əməliyyat və ya təbii fəlakət zamanı risk altına düşmüş şəxslərə dəstək olmaq məqsədilə həyata keçirilib.

Digər xəbərlər