Cəmiyyət

  • 1 442

"İlin hər günü bu faciəni xatırlamalıyıq” - DİN XADİMİ DANIŞDI

image

“Məhərrəm ayı müsəlman təqviminin birinci ayıdır və 680-681-ci ildə İmam Hüseynin də başına gələn hadisələr həmin ayda baş vermişdi. İmam Hüseyn Peyğəmbərin nəvəsi Həzrəti Əli və xanım Zəhranın oğlu Peyğəmbərin də övladı hesab olunur. Çünki bütün peyğəmbərlərdə irs oğul övladları ilə davam edir. Yeganə axırıncı Peyğəmbər Məhəmmədi Musatafanın nəsli qızının övladlarından davam edir”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, din xadimi Hacı Fuad Nurullayev deyib. F.Nurullayev bildirib ki, həmin zamanda, 680-ci ildə özünü Şamda hakim elan edən Yezid bir çox adamları özünə tabe etdi və qərar verdi ki, İmam Hüseyn də ona tabe olmalıdır: “Amma İmam Hüseyn Yezid kimi adama tabe olmazdı. Çünki Yezid yalançı, qəddar insan idi və xalqa zülm edirdi. Yezidin atası bir neçə nəfərin ona tabe olmayacağını, onlardan birinin də Əli oğlu Hüseyn olduğunu bildirmişdi. Yezid də buna görə terrora əl atdı, Peyğəmbər balası və onun ailəsini qətlə yetirdi. Bu hadisə də Kərbəlada baş verdi.Bu gün isə biz müsəlman, Peyğəmbərini sevən insanlar olaraq bu faciəni adi qəbul edə bilmərik. Bu dəhşətli hadisədir, Peyğəmbər ailəsinə qarşı soyqırımıdır. Bu hadisə ilə bağlı səsləndirilən bəzi fikirlər yalandır. İmam Hüseyn hakimiyyət üçün mübarizə aparmırdı, o Yezidlə müharibəyə getməmişdi. İmam Hüseynin başına gələn faciə Kərbəlada baş vermişdi. Bu tarixi bilən insan buna biganə qala bilməz, hər il bu hadisə yad edilməlidir. Təkcə Məhərrəm ayında deyil, ilin hər günü sözügedən faciəni xatırlamalıyıq”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər