Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə muxtar respublika ərazisində “Təmiz hava” aylığı çərçivəsində reyd keçirib. SİA xəbər verir ki, polis əməkdaşları tərəfindən avtonəqliyyat vasitələrinin texniki sazlığı xüsusi cihazlarla yoxlanılıb, bu barədə mütəxəssisin iştirakı ilə maarifləndirici söhbətlər aparılıb.Ətrafa atılmış tullantılarda normadan artıq çirkləndirən avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülüb.
Tədqiqatçılar burnu beyinə bağlayan spesifik bir sinir yolu müəyyən ediblər...