Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rüfət Məmmədhüseyn oğlu Cabbarovun meyitinin qalıqları Siyəzən rayonuna gətirilib. SİA-nın məlumatına görə, şəhidin nəşi Siyəzən rayonunun Dağ Quşçu kəndində ailəsinə təhvil verilib.Hazırda şəhidlə vida mərasimi keçirilir.Qeyd edək ki, Cabbarov Rüfət Məmmədhüseyn oğlu 1971-ci il iyunun 10-da Siyəzən rayonunun Dağ Quşçu kəndində anadan olub. O, 1992-ci il oktyabrın 4-də Ağdərə Çıldıran kəndində itkin düşüb.R.Cabbarov Dağ Quşçu kənd qəbiristanlığında dəfn olunacaq.
Tədqiqatçılar burnu beyinə bağlayan spesifik bir sinir yolu müəyyən ediblər...