Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sağlam ailə modelinin təbliği” adlı layihənin icrası çərçivəsində ilk tədbirini Bakı şəhəri 7 nömrəli orta məktəbdə keçirib.
Müəllimlərin, şagirdlərin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə layihənin rəhbəri, HDİM İB-nin sədri İlham Əliyev giriş sözü ilə çıxış edərək layihənin məqsədini və mövzunun vacibliyini izah edib. Natiq çıxışında milli-mənəvi dəyərlərimizdən və ailə institumuzdan danışaraq bu sahədəki mövcud vəziyyətə toxunub. Layihə rəhbəri sağlam ailə modelinin qorunub saxlanması, bu sahədəki problemlərin həlli yolları və mənəvi bazaya əsaslanan cəmiyyətin formalaşmasınin həm dövlət, həm və cəmiyyət üçün prioritet olduğunu deyib. O, son dövrlərdə bu istiqamətdə müvafiq dövlət orqanlarının və ictimai institutların həyata keçirdiyi tədbirlərin əhəmiyyətini vurğulayaraq ictimaiyyətin bu mövzuya diqqətinin artmasından məmnun olduğunu bildirib.
Tədbirdə çıxış edən layihənin eksperti, sosioloq Elçin Bayramlı da qloballaşma dövründə milli-mənəvi dəyərlərimizin, milli mədəniyyətimizin, həmçinin ailə sistemimizin qorunmasının son dərəcə vacib olduğunu bildirib. O qeyd edib ki, hazırda bəzi qlobal dairələr tərəfindən bütün dünyada mənəvi dəyərlər əleyhinə fikirlər səsləndirilir, təbliğatlar aparılır, müasirlik adı altında milli mədəniyyətlərin sıradan çıxarılmasına çalışılır. Ekspert belə bir dövrdə minillərin sınağından çıxmış milli-mənəvi dəyərlərimizin, ailə institutumuzun qorunmasının yolarından danışıb və gənc nəslə bu istiqamətdə tövsiyyələrini verib.
7 nömrəli orta məktəbin direktor müavini Elmira İbrahimova, ictimai fəal Əbülfəz Rzayev, həmçinin şagirdlər mövzu ilə bağlı öz fikirlərini bildiriblər və suallar ünvanlayıblar. Layihə ekspertləri qarşılıqlı müzakirə əsasında keçən tədbirdə ünvanlanan sualları cavablandırıblar. Tədbir qarşılıqlı müzakirə və söhbətlər formasında davam edib.
Qeyd edək ki, layihə çərçivəsində daha sonra Şirvan, Quba və Lənkəran şəhərlərində də maarifləndirici tədbirlər keçiriləcək.
Agentlik sədri: Bir neçə ali məktəbdə ibtidai sinif müəllimliyi üzrə akkreditasiyanın iki aya yekunlaşacağı gözlənilir