Cəmiyyət

  • 1 795

Pakistanlı şagirdlər Bakıda səfərdədir

image

Pakistanın Lahor şəhərindən bir qrup məktəbli "SA Garden Footbal Club Lahore" futbol klubunda birləşərək iyunun 8-i "Azərbaycan-Pakistan-Türkiyə dostluq və qardaşlıq yarışı"nda iştirak etmək üçün Bakıya gəliblər. Səfər Pakistandakı Azərbaycan İcmasının təşkilatçılığı, Beynəlxalq Həmrəylik Təşkilatının mənəvi dəstəyi ilə gerçəkləşdirilir. Pakistanlı şagirdlər Bakı İstanbul Liseyi, Dəyanət Vəqfi Bakı Türk Liseyi, 27 nömrəli tam orta məktəb və Evrika liseyinin şagirdləri ilə futbol, basketbol yarışı keçirmək üçün Bakıya gəliblər. Qızlardan ibarət komandada beş nəfər 16 yaşlı, oğlanların komandasında isə on bir nəfər 14 yaşlı şagird yer alır.9 iyunda Bakıda pakistanlı qonaqlarla yoldaşlıq görüşü keçirilib. 10-11 iyun tarixlərində isə futbol və basketbol yarışları keçirilib. Açılış tədbirində Bakı İstanbul Liseyinin təmsilçisi Tural Abasquliyev iştirak və çıxış edib.Futbol yarışında birinci yeri Dəyanət Vəqfi Bakı Türk Liseyi, ikinci yeri 27 nömrəli tam orta məktəb, üçüncü yeri Bakı İstanbul Liseyi, dördüncü yeri "SA Garden Footbal Club Lahore" tutub. Basketbol yarışında isə birinci yeri 27 nömrəli məktəb, ikinci yeri "SA Garden Footbal Club Lahore", üçüncü yeri Bakı İstanbul Liseyi, dördüncü yeri isə Evrika liseyi qazanıb.11 iyunda "Azərbaycan-Türkiyə-Pakistan qardaşlıq yarışı"nın bağlanış mərasimi keçirilib. Tədbirdə Pakistandakı Azərbaycan İcmasının rəhbəri Şəhla İsayeva çıxış edərək yarışın məqsədindən, səfərin nəticələrindən bəhs edib. Daha sonra Müasir İnkişaf Birliyinin sədri, AMEA Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri, BDU-nun müəllimi Mübariz Göyüşlü Azərbaycan-Pakistan-Türkiyə dostluğu və qardaşlığı haqqında söz açıb. O, dövlətlər səviyyəsində qurulan təhsil, mədəniyyət, idman əlaqələrinin ictimai platformadakı çalışmalarla daha da genişləndirilməsinin vacibliyindən danışıb. Tədbirdə həmçinin 27 nömrəli tam orta məktəbin direktoru Xatirə Əhmədova, Bakı İstanbul Liseyinin direktoru Səmayə Turabxanlı və tarix üzrə fəlsəfə doktoru İradə Əlili çıxış edib. Sonda 245 saylı orta məktəbin şagirdləri məktəbin kitabxanaçısı Sədaqət Quliyeva və müəllimi Səbinə İskəndərovanın rəhbərliyilə Azərbaycan, Türkiyə, Pakistana aid şeirlər səsləndiriblər, musiqi nömrələri göstəriblər.12 iyunda pakistanlı şagirdlər Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee ilə görüşüb, fikir mübadiləsi edib, şəkil çəkdiriblər.

Mətləb

Digər xəbərlər