Cəmiyyət

  • 1 448

“Boğulma hallarının əksəriyyəti nəzarətsiz çimərliklərdə baş verir” - EKSPERT DANIŞDI

image

“Boğulma hallarının əksəriyyəti nəzarətsiz çimərliklərdə baş verir. Bu, dünya təcrübəsində də belədir. Ümumiyyətlə, dünya təcrübəsində də suda boğulma hallarının 95 faizi məhz nəzarətsiz çimərliklərdə qeydə alınır. Ona görə belə yerlərə getmək olmaz. Orada həm xilasedicilər olmur, həm suyun kimyəvi, fiziki, sanitar normaları müəyyənləşdirilməyib və bu, insanların sağlamlığı üçün təhlükə riski daşıyır. Nəzarət olunan çimərliklərdə isə həm suyun dibinin akvetoriyası yoxlanılır, həm də baxış keçirilir, rəy verilir. Mütləq nəzarət olunan çimərliklərə getmək lazımdır”. Bu sözləri SİA-ya açıqlamasında təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev deyib. Ekspert bildirib ki, çimərliklərdə təhlükəsizlik tədbirləri öncədən görülməli, qadağanedici nişanlar, məlumatlandırma lövhələri, xilasedicilər, nəzarət məntəqəsi, tibbi yardım və nəzarətçilər olmalıdır: “İnsanlar çimərliyə gedərkən, ilk növbədə, hava şəraitini nəzərə almalıdırlar. Boğulma hadisələrinin çoxu həm də havanın küləkli olduğu vaxta təsadüf edir. Adətən, insanlar eyni çimərliyə üz tuturlar. Getdikləri yerdə suyun hansı səviyyədən dərinləşdiyini, dibində daş kəsəyin olub-olmamasını bilirlər. Ancaq nəzərə almaq lazımdır ki, hava küləklidirsə, dənizdə dalğa olarsa, dünənlə bu gün arasında fərq olacaq. Yəni, suyun dibi fiziki olaraq dəyişə bilər. Yarğanlar, su axınları əmələ gələr bilər. Bu da həmin insanlar üçün gözlənilməzdir və xoşagəlməz hadisə ilə nəticələnməsi mümkündür. Ona görə küləkli havadan sonra çimərliyə gedənlər dünənki hava şəraitini nəzərə almalıdırlar”.

Digər xəbərlər