Cəmiyyət

  • 893

Amerika Kuboku: Argentina və Kanada 1/4 final mərhələsinə vəsiqə qazanıb

image

ABŞ-nin ev sahibliyi etdiyi Amerika Kubokunda (Copa America) qrup mərhələsinin III turunda növbəti oyunlar keçirilib. SİA xəbər verir ki, A qrupunda Argentina millisi Peruya 2:0 hesabı ilə qalib gəlib.

Qrupun digər oyununda Kanada ilə Çili qolsuz heç-heçə edib - 0:0.

Bununla da Argentina və Kanada seçmələri adlarını 1/4 final mərhələsinə yazdırıb.

Qeyd edək ki, daha əvvəl Argentina, Venesuela, Uruqvay və Kolumbiya yığmaları 1/4 finala vəsiqəni təmin edib. Amerika Kubokuna iyulun 14-də yekun vurulacaq.

Digər xəbərlər