Cəmiyyət

  • 924

SABAH qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsi keçirilib

image

Dövlət İmtahan Mərkəzi (DİM) SABAH qruplarına tələbə seçimi müsabiqəsinin test imtahanı mərhələsini keçirib. DİM-dən SİA-ya bildirilib ki, imtahan nəticələrinin yaxın 3 gün ərzində elan olunması nəzərdə tutulur.

İmtahanda 2025 tələbənin iştirakı gözlənilirdi. İmtahanların idarə olunmasına 9 ümumi imtahan rəhbəri, 24 imtahan rəhbəri, 191 nəzarətçi, 27 buraxılış rejimi əməkdaşı (mühafizə), 9 bina nümayəndəsi ayrılıb.

İmtahan nəticələrinin yaxın 3 gün ərzində elan olunması nəzərdə tutulur.

Digər xəbərlər