Cəmiyyət

  • 478

Biləsuvarda şəhidin doğum günündə xatirəsi yad edildi FOTOLAR

image

İyul ayının 1-i “Qarabağ” ordenli şəhid kapitan Tağıyev Elçin Ağaqulu oğlunun doğum günü ilə əlaqədar olaraq Zəhmətabad kənd qəbirstanlığında məzarı ziyarət olundu. Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidimizin şərəfli döyüş yolundan söz açılaraq xatirəsi yad edilmiş, ruhuna dualar oxunmuş və valideyinlərinə baş sağlığı verilmişdir.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun kapitanı olmuş şəhid Tağıyev Elçin Ağaqulu oğlu 1 iyul 1989-ci ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olmuşdur. 1995-2004-cü illərdə Ə. Rəhmətov adına Zəhmətabad kənd tam orta məкtəbində, 2004-2007-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil almışdır. 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) ali hərbi təhsil almışdır. 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmətə başlamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak etmiş, Tərtər rayonunun Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə şücaət göstərərək qəhrəmancasına şəhid olmuşdur. 28 noyabr 2020-ci il tarixində Zəhmətabad kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Tağıyev Elçin Ağaqulu oğlu ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Şəhidimiz ailəli olub 2 oğlu və 1 qız övladı dövlətimizə və xalqımıza əmanətdir. Onun adı əbədiləşdirilərək Zəhmətabad kənd küçələrindən birinə verilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Digər xəbərlər