Cəmiyyət

  • 1 023

Şərəfli ömür yolunun yeni səhifəsi - ŞƏRH

image

Yaşadığımız cəmiyyət də hər bir insan öz əməyi, zəhməti ilə seçilir və buna müvafiq olaraq da hörmət, izzət sahibi olur. Belə zəhmətkeş insanların ömür yolu digər insanlara örnək olmaqla yanaşı, bir həyat dərsinə çevrilir. Sonradan aydın olur ki, zəhmətkeş insanının həyat yolundan çoxları dərs götürür və hər mənada çalışır ki, o şəxs kimi nümunəvi ömür yaşasın. Fəaliyyətini insanlara xidmət prinsipi üzərində quran Binəqədi rayon İcra Hakimiyyəti başçısının Biləcəri Qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Osman Qasımov şərəfli ömür yolunun yolçuları sırasında olan və tanınan şəxslərdəndir.

Dövlətimizin qurucusu Ulu Öndər Heydər Əliyevin və ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dövlətçilik ideyalarından güc alan Osman Qasımov hər zaman vətəndaşın yanında olub, onların üzləşdikləri problemlərinin həllinə çalışıb. Ona hörmət gətirən amillərdən biri də sadə və qayğıkeş olmasıdır. Osman müəllim insanların sevincinə şərik olmağı, rastlaşa biləcəkləri kədəri bölüşməyi bacaran şəxslərdəndir. Məhz buna görə də çətinliklə üzləşən, qayğılarla qarışılaşan insanlar yuxarı dövlət orqanlarına müraciət etməyə ehtiyaca görmürlər. Çünki Osman müəllimlə məsələni müzakirə etmək kifayət edir ki, üzləşdikləri problem öz həllini tapsın. Həm də Osman müəllim həssas, diqqətli vəzifə mənsubu olduğundan onunla ünsiyyət qurmaq da çətinlik yaratmır. Ona görə də əksər Biləcəri sakinləri üçün Osaman müəllim dövlət məmuru olmasından öncə dost, dayı və əmidir. Bu günlər 65 yaşı tamam olarkən yaxınlarından və iş yoldaşlarından öncə Biləcəri sakinləri Osman müəllimi təbrik etdilər, ona öz xoş sözlərini çatdırdılar. Dövlətimiz də qayğıkeş, təcrübəli, vəzifəsini böyük məsuliyyətlə icra edən Osman Qasımovun dövlət qulluğunda uzun müddətli səmərəli fəaliyyətini yüksək qiymətləndirib. Bu günlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Binəqədi rayon İcra Hakimiyyəti başçısının Biləcəri Qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Qasımov Osman Məstəli oğlu dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunub. Osman Qasımov onun əməyinə verilən yüksək dəyərə görə Prezident İlham Əliyevə təşəkkür edir, minnətdarlığını bilıdirir. Qeyd edir ki, bu yüksək ad onu daha məsuliyyətli olmağa vadar edir: “Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirərək Azərbaycanı dünyanın ən qabaqcıl ölkələrindən birinə çevirib. Müzəffər Ordumuz Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımıza tarixinin ən böyük qələbəsini yaşatdı. 44 günlük Vətən müharibəsində Ermənistan ordusu darmadağın edildi və 30 illik həsrətə son qoyuldu. Artıq işğaldan azad edilən ərazilərimizdə geniş quruculuq, abadlıq, bərpa işləri həyata keçirilir. Hər gün bərpa edilən, yenidən qurulan şəhər və kəndlərə insanlar köçürülür. O yerlər yenidən dirçəlir və inkişaf edir”.

Osman Qasımov onu da bildirdi ki, işğaldan azad edilən ərazilərimiz də aparılan geniş miqyaslı quruculuğun, abadlığın baş memarı Prezidentimiz İlham Əliyevdir: “ Biz millət olaraq gördüyü və həyata keçirdiyi misilsiz işlərə görə Prezidentimizə təşəkkür edirik, əmin edirik ki, hər zaman Sizin yanınızdayıq, apardığınız daxili və xarici siyasətinizi birmənalı şəkil də dəstəkləyirik”.

Sirac ƏLİYEV

Digər xəbərlər