Cəmiyyət

  • 677

Dövlət Komitəsi Xocalı şəhərinə infotur təşkil edib

image

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKİDK) Xocalı şəhərinə infotur təşkil edib. Dövlət komitəsindən SİA-ya bildiriblər ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq təşkil olunan infoturda biznes influenserləri, o cümlədən məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri ilə bağlı şirkətlərin nümayəndələri iştirak ediblər.QMKİDK-nin tərəfdaşı olan şirkət nümayəndələri işğaldan azad edilmiş ərazilərə köçürülmənin gedişi, dayanıqlı məskunlaşdırma və reinteqrasiya tədbirlərinin icrası barədə də məlumatlandırılıblar.İnfotur iştirakçıları Xocalı şəhərində yeni salınan yaşayış məhəlləsində Böyük Qayıdış prosesi çərçivəsində doğma yurda qayıdan məcburi köçkün ailələri ilə görüşüb, sakinlərin fikir və rəylərini öyrənib, foto, video çəkilişlər aparıblar.İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində infoturlar davam etdiriləcək.Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKİDK) Xocalı şəhərinə infotur təşkil edib. Dövlət komitəsindən SİA-ya bildiriblər ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq təşkil olunan infoturda biznes influenserləri, o cümlədən məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri ilə bağlı şirkətlərin nümayəndələri iştirak ediblər.QMKİDK-nin tərəfdaşı olan şirkət nümayəndələri işğaldan azad edilmiş ərazilərə köçürülmənin gedişi, dayanıqlı məskunlaşdırma və reinteqrasiya tədbirlərinin icrası barədə də məlumatlandırılıblar.İnfotur iştirakçıları Xocalı şəhərində yeni salınan yaşayış məhəlləsində Böyük Qayıdış prosesi çərçivəsində doğma yurda qayıdan məcburi köçkün ailələri ilə görüşüb, sakinlərin fikir və rəylərini öyrənib, foto, video çəkilişlər aparıblar.İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində infoturlar davam etdiriləcək.

Digər xəbərlər