PDF Oxu

Cəmiyyət

  • 3 483

Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadasında medal qazandılar

image

Olimpiadaya Azercell-in dəstəyi iləhazırlaşan məktəblilər Mərkəzi Avropa İnformatika Olimpiadasında 1 gümüş və 1 bürünc medallatəltif ediliblər
Çexiyanın Brno şəhərində proqramlaşdırma üzrə Mərkəzi Avropa İnformatika Olimpiadası (CEOI 2024) keçirilib.11 ölkədən 60-a yaxın məktəblinin qatıldığı bilik müsabiqəsində Azərbaycan uğurla təmsil olunub. Belə ki, Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli gümüş, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi 10-cu sinif şagirdi Tahir Əliyev bürünc medal əldə ediblər.1994-cü ildən etibarən keçirilən CEOI regionda ən nüfuzlu proqramlaşdırma yarışmalarından biri hesab olunur. Müsabiqə xüsusi olaraq iştirakçıların alqoritmik məsələlərin həlli, analitik düşüncə və proqramlaşdırma bacarıqlarınıdəyərləndirilir.Qeyd edək ki, 2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom”-un Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Bu müddət ərzində məktəblilərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ölkəmizi uğurla təmsil edərək ümumilikdə 72 medal qazanıblar.Şagirdlərimizi təbrik edir və uğurlarının davamlı olmasını arzu edirik!

Digər xəbərlər

Qəribə varlıqların təsvirləri UFO sənədlərində aşkar edilib...

Havada səssizcə üzə bilən obyektlərə dair dəlillər qeydə alınıb...

Həkim yerişdəki dəyişikliyin hansı xəstəlikləri göstərdiyini izah edib...

Fizioterapiya ilə reabilitasiya koordinasiyanı tam bərpa etməyə kömək edəcək...

İndoneziya okeanında ilk dəfə nadir bir məxluq lentə alınıb…

Bir YouTuber təsadüfən sensasiyalı bir kəşf etdi…

1200 at gücündə model demək olar ki, hazırdır…

Red Bull-un hiperkarı Formula 1 avtomobilindən daha yaxşı performans göstərəcəyinə söz verir…

Diabet xəstələrinə kömək etmək üçün gözlənilməz bir yol tapılıb…

Məlum olub ki, müntəzəm işıqlandırma maddələr mübadiləsinə düşündüyümüzdən daha çox təsir göstərə bilər…

Alzheimer xəstəliyinin yavaşladılması üçün metod kəşf edilib...

Qida qəbuluna nəzarət etmək idrak qabiliyyətlərinə təsir göstərir...