Cəmiyyət

  • 3 335

Milli Aviasiya Akademiyasında “Məzun günü” keçirilib

image

İyulun 9-da Milli Aviasiya Akademiyasında "Məzun günü" keçirilib. SİA xəbər verir ki, tədbiri birinci prorektor professor Ədalət Səmədov açaraq Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayevin adından qonaqları salamlayıb, məzunlara səmimi təbriklərini çatdırıb.

Tədbirdə çıxış edən rektorun köməkçisi Gülnarə Əhmədova 2024-cü ildə akademiyanın qazandığı uğurlardan, növbəti tədris ili üçün strategiyasından bəhs edib.

Təhsil aldıqları dövrdə fakültə üzrə ən yüksək ümumi orta müvəffəqiyyət göstəriciləri olan məzunlara rektor Arif Paşayevin imzası ilə "Təşəkkürnamə" və məzun sertifikatları təqdim edilib.

Tədbirdə qonaq qismində iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, AMEA-nın müxbir üzvü Misir Mərdanov, akademik Nizami Cəfərov, "Azərkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov, Milli Aviasiya Akademiyasının uğurlu məzunları - Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Bəhruz Quliyev, Füzuli Beynəlxalq Aeroportunun direktoru Zaur Qasımov və digər çıxış edənlər məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Qeyd edək ki, 2023-2024-cü tədris ilində Milli Aviasiya Akademiyasını 427 məzun bitirib.

Tədbirdə tələbələrin hazırladığı bədii kompozisiyalar təqdim olunub.

Sonda Əməkdar artist Ədalət Şükürov və Xalq artisti Aygün Kazımova rəngarəng musiqi nömrələri ilə məzunları təbrik ediblər.

Digər xəbərlər