Qazaxıstanın Aktau şəhərində "Birləşdik - 2024" beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin hazırlıq mərhələsində növbəti tapşırıqlar uğurla icra edilib. Bu barədə SİA-ya Azərbaycan Müdafiə nazirliyindən məlumat verilib.Bildirilib ki, hazırlıq mərhələsinin növbəti günündə Azərbaycan hərbçiləri ştat silahlarının normal döyüş vəziyyətinə gətirilməsi üzrə tədbirləri yerinə yetiriblər.Qeyd edək ki, təlimdə əsas diqqət iştirakçı-ölkələrin hərbi qulluqçularının birgə fəaliyyətinin təşkili, onların peşəkarlıq və hazırlıq səviyyəsinin daha da təkmilləşdirilməsinə yönəldilib.
Tədqiqatçılar burnu beyinə bağlayan spesifik bir sinir yolu müəyyən ediblər...