Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda bu gün final matçına çıxacaq. SİA xəbər verir ki, komanda Kipr yığması ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:15-də start götürəcək.
Qeyd edək ki, qrup mərhələsində Ermənistan millisini 86:59, Gürcüstanı 97:40, Kipri isə 68:45 hesabı ilə üstələyən Evren Alkayanın yetirmələri yarımfinalda Albaniyanı məğlubiyyətə uğradıb - 92:62. Qızların yarışına Cəbəllütariq ev sahibliyi edir.
Alimlər bədəndəki ən təhlükəli maddəni müəyyən ediblər. Siz onu hər gün istehlak edirsiniz və nə qədər zərərli olduğunuzdan xəbərsizsiniz...
Albert Eynşteynin proqnozlaşdırdığı bir təsir əlavə rol oynadı...