Cəmiyyət

  • 1 195

“Meteohəssas insanlara maqnit qasırğası ciddi problemlər yarada bilir" - HƏKİM DANIŞDI

image

“Maqnit qasırğası, əsasən, meteohəssas insanlara ciddi problemlər yarada bilir. Maqnit qasırğası, əslində, Günəşə bağlıdır. Günəşin daxilində güclü nüvə partlayışlar olur və bunlar yer kürəsinə gəlir çatır. Yerin bu radiasiyalardan qorunmaq üçün kifayət qədər atmosferi var. Bunlar bizi radiasiyadan qoruyur. Amma bu elektromaqnit sahələri günəşdəki partlayışdan əmələ gəlir, bunlar Yer kürəsinə gəlir çatır və avtomatik olaraq canlılara təsirsiz ötüşmür. Çünki bütün bioloji subyektlərin özləri də elə maqnit sahəsinə malikdirlər. Ona görə də bəzi meteohəssas insanlara belə maqnit qasırğası deyilən bu hadisələr ciddi problemlər yarada bilir". Bu sözləri SİA-ya danışan həkim Adil Qeybulla deyib. Həkim maqnit qasırğasının hansı problemlərə yol aça bildiyindən də söz açıb: "Təzyiq oynaya bilir, bəzən aşağı salır və ya yuxarı qaldırır, ürəkdə problemlərə, beyində insult və s. gətirib çıxara bilər. Bəzi işemik dəyişikliklər elə maqnit qasırğası ilə bağlı olur.Hava ilə bağlı belə vəziyyətlər olduqda, bu tip insanlar öz həkimləri ilə əlaqə saxlamalıdırlar. Dərmanları dəqiq atmalıdırlar və yaxşı olar ki, həmin gün ev şəraitində olsunlar".

Digər xəbərlər