PDF Oxu

Cəmiyyət

  • 4 280

Millimizin üzvü Türkiyə klubunda

Millimizin üzvü Türkiyə klubunda

"Ümraniyespor" ilə yollarını ayıran Coşqun Diniyev yeni klubla anlaşıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Azərbaycan milli komandasının üzvü karyerasını daha bir il Türkiyədə davam etdirəcək. 29 yaşlı yarımmüdafiəçi "Bandırmaspor"a keçib.

Diniyev I Liqa təmsilçisi ilə 2024/2025 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Coşqun Diniyev ötən mövsüm "Ümraniyespor"un heyətində meydana çıxdığı 33 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər xəbərlər