PDF Oxu

Cəmiyyət

  • 3 053

Gənci bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Gənci bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Sumqayıtda məktəbin qarşısında gənci bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, avqustun 2-də gecə saatlarında Sumqayıt şəhərində 2000-ci il təvəllüdlü Pərviz Bağırovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub:

"Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Kamran Qasımov saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır".

Digər xəbərlər