Cəmiyyət

  • 883

Ana və övladının ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub - YENİLƏNİB

image

Şirvanda ana və övladının ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub. SİA xəbər verir ki, Sabirabad rayonundan olan 1991-ci il təvəllüdlü Kərimova Aygün Yunis qızı və onun azyaşlı qızı Şirvana baldızıgilin evinə qonaq gəlib.

Hadisə baş verən zaman baldızı və ailəsi evdə olub. Həmçinin bildirilir ki, Aygün Kərimovanın həyat yoldaşı hərbçidir və hazırda Bərdə rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edir. Hadisə nəticəsində həyatını itirən azyaşlı qızın isə iflic xəstəsi olduğu deyilir. Ailə azyaşlının müalicəsi ilə əlaqədar Şirvan şəhərinə tez-tez gedib-gəlirmiş.

Hazırda faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər