Cəmiyyət

  • 816

Olimpiya Oyunlarında iştirak etmək böyük hadisədir - Azərbaycan avarçəkəni

image

Dəstəyə görə çox sağ olun. Bəzi şeylər alınmadı. SİA xəbər verir ki, bu sözləri "Paris-2024" Yay Olimpiya Oyunlarında XVII yeri tutan Azərbaycan avarçəkəni Diana Dımçenko deyib.

O, yarış zamanı psixoloji cəhətdən özünü toparlamağın və bacarığını göstərməyin çətin olduğunu bildirib: "Təəssüf ki, bu, məndə alınmadı. Çətinlik çəkdim. Fiziki cəhətdən yaxşı formada idim. Olimpiya Oyunlarında iştirak etmək böyük hadisədir. Lakin hər zaman daha çox şey qazanmaq istəyirsən. Birinci yarışda nəyinsə düzgün getmədiyi hiss olunurdu. Bunu dəyişdirməyə və toparlanmağa çalışdıq. Biz sadəcə maksimum nəticə əldə etmək niyyətində idik, əfsuslar olsun ki, bacarmadıq".

13-18-ci yerlər uğrunda mübarizə aparan idmançı C finalında 2000 metr məsafəni 9 dəqiqə 10 saniyəyə qət etməklə yekun sıralamada 17-ci olub.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc mükafatı təmin edib.

Digər xəbərlər