PDF Oxu

Cəmiyyət

  • 3 385

Tərlan Əhmədov Konfrans Liqası barədə NƏLƏRİ DANIŞDI? (COPY 2024.08.06 22:50) - MÜSAHİBƏ

Tərlan Əhmədov Konfrans Liqası barədə NƏLƏRİ DANIŞDI? (COPY 2024.08.06 22:50) - MÜSAHİBƏ

Keçmiş futbolçu və baş məşqçi Tərlan Əhmədovun SİA-ya müsahibəsini təqdim edirik:

- Sizcə Konfrans Liqasının Azərbaycan klubları üçün hansı yararı var?

- Konfrans Liqası əvvəl də olub və İntertoto adlanıb. Lakin özünü doğrultmayıb. Çünki klublar bura daxil olmaq üçün pul ödəməli idi. O dövrün klubları maliyyə baxımından güclü olmadığından bu alınmayıb. İndi isə UEFA, Kofrans Liqasını maddi olaraq dəstəkləyir. Beləliklə aşağı reytinqli ölkələrin futbolu inkişaf edir. UEFA Konfrans Liqasına vəsiqə qazanan klublara da maddi vəsait ayırır. Klubların futbol akademiyaları da bundan yararlanır. Beləliklə klublar maddi gəlir əldə edir, beynəlxalq təcrübə qazanır və Avroliqa üçün təcrübə əldə edir.

Ölkəmiz baxımından da bunu görmək olar. Xaricə maksimum dərəcədə açılmaq çox önəmlidir. "Qarabağ" futbol klubu 10 ilə yaxındır ki ölkə çempionu olur və Avropada ölkəmizi təmsil edir. Əslində 2012-ci ildə "Neftçi" futbol klubu Avropaya cığırı açdı. "Qarabağ" bunu uğurlu şəkildə davam etdirdi, daha sonra isə "Qəbələ" futbol klubu buna qoşuldu. Bu gün isə Konfrans Liqasına düşmək daha rahatdır. Klubların çoxu bizlə eyni səviyyədədir. Konfrans Liqası bizim klubların və futbolçuların özünü görsətməsi üçün böyük şans və məktəbdir.

- Azərbaycan liqasının fiziki hazırlığı Konfrans Liqası standartlarına uyğundurmu?

- Azərbaycan komandalarında orta hesabla 7-8 legioner oynayır. Kifayət qədər səviyyəli yerli oyunçularımız da var. Onlar balansı təmin edir. Beləliklə bizim klubların fiziki səviyyəsi Konfrans Liqasında iştirak edən komandalardan geri qalmır. Funksional baxımdan da daha yaxşı vəziyyətdəyik. Konfrans Liqasının qruplarına düşə biləcək 2-3 Azərbaycan komandası var. Amma motivasiya məsələsi də bir o qədər önəmlidir.

- Növbəti illərdə Kəpəzin də Azərbaycanı Konfrans liqasında təmsil etmə ehtimalı varmı?

- "Kəpəz" futbol klubu ilə yollarımız ayrılıb. Bu barədə dəqiq nəsə deyə bilmərəm. Amma ümumilikdə legioner futbolçu alıb ancaq onları oynatmaqla nəyəsə nail olmaq mümkün deyil. Azərbaycan futbolunun özəyi "Neftçi" və "Kəpəz" olub. Daha sonra isə biz Azərbaycanlı futbolçuların yetişdiyi komandaları məhv etdik və etməkdəyik. "Gəncə" məktəbi artıq yox səviyyəsindədir. "Neftçi" futbol akademiyaları barədə də eyni şeyi demək olar. Onlar bir xeyli zəyifləyiblər. Unutmaq lazım deyil ki, Mahmud Qurbanov kimi istedadlar Gəncədən çıxıb. Mahir Həsənovu da mən özüm Gəncə futbolundan çıxardım. "Kəpəz" hələ ki Konfrans Liqası səviyyəsində deyil. "Gəncə" futboluna stabil maddi dəstək lazımdır. Ümumi legioner limiti isə sabit qalmalıdır. Maddi texniki baza yüksəldilsə "Kəpəz" 1950-1960-cı illərdəki gücünə qayıda bilər. Milliləşdirilən legionerlərin millimizi irəli apara bilmədiyi kimi legionerlər, Azərbaycan komandalarına da fayda verməyəcək.

- Sizcə "Qarabağ" Konfrans Liqasını qazana bilər?

- "Qarabağ" Konfrans Liqasını qazana biləcək gücdədir. Biz də bunu istəyərik. Amma "Qarabağ" Çempionlar Liqası və Avroliqanı hədəfləyir. Amma "Qarabağ" inkişaf etdiyi qədər digər komandalar da inkişaf edir. Ümid edək ki, "Qarabağ" Çempionlar Liqasının qrup mərhələlərinə çatar.

- Belə bir fikir var ki, Azərbaycanda bütün futbola maraq və maddi dəstək "Qarabağ"ın üzərinə toplanıb. Sizcə bu doğurdur?

- Xeyr mən qətiyyən bu fikirdə deyiləm. "Qarabağ" son dövrlərin ən yaxşısı ola bilər lakin onun da zəif tərəfləri var. Akademiya baxımından "Qarabağ" güclü deyil. "Neftçi" və "Qəbələ" bu barədə daha yaxşı nəticələr verib. Onların yetişdirib Azərbaycan futboluna qazandırdığı idmançılar daha çoxdur. Bu baxımdan "Qarabağ"a dəstək verilir. Ali Baş Komandan da idmanı diqqətdə saxlayır və dövlət səviyyəsində futbola böyük vəsaitlər ayrılır. Liqada rəqabət təşviq edilir. Bu idmana edilən dəstəyi görsədir. Ümumilikdə isə ən böyük maraq hazırda "Qarabağ"adır. Necə ki, bir zamanlar da "Neftçi"yə maraq var idi. Əsas məsələ səbrli olub gözləməkdir. Ayrıca mən dövlətimizi təbrik edirəm. Bizim PARİS 2024 Olimpiyadalarından artıq 2 qızıl medalımız var. Ümid edirəm ki, onlar daha da çoxalar. Bizi təmsil edən bütün idmançılarımıza uğurlar arzu edirəm.

Digər xəbərlər