Zərdabda yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı üç nəfərə çatıb. SİA xəbər verir ki, avqustun 9-da saat 23 radələrində Ağcəbədi rayon sakini Niyaməddin Quliyev idarə etdiyi "VGV U75 Plus" markalı avtomobillə Kürdəmir-Zərdab yolu istiqamətində hərəkətdə olan zaman idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində nəqliyyat vasitəsində olan iki nəfər ölüb, sürücü və digər 6 nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı Zərdab RPŞ-də araşdırmalar aparılır.
Hadisə nəticəsində xəsarət almış daha bir nəfər səhər saatlarında dünyasını dəyişib, bununla da ölənlərin sayı üç nəfərə çatıb.
Alimlər bədəndəki ən təhlükəli maddəni müəyyən ediblər. Siz onu hər gün istehlak edirsiniz və nə qədər zərərli olduğunuzdan xəbərsizsiniz...
Albert Eynşteynin proqnozlaşdırdığı bir təsir əlavə rol oynadı...