Cəmiyyət

  • 1 822

Ali məktəblərə dövlət hesabına tələbə qəbulu üçün 27834 yer nəzərdə tutulur

image

2024/2025-ci tədris ili üçün respublika ali təhsil müəssisələrinin I-V ixtisas qruplarında Azərbaycan və rus bölmələri, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı və dövlət sifarişi üzrə yerlərin sayı təqdim edilib. SİA xəbər verir ki, beş ixtisas qrupu üzrə ümumilikdə 58610 plan yeri müəyyən edilib. Bu yerlərdən 27834-nə tələbə qəbulu dövlət sifarişi əsasında aparılır.

Qeyd edilib ki,

-I ixtisas qrupunda 19990 yerdən (o cümlədən Azərbaycan bölməsi - 13315, rus bölməsi - 785, birgə - 5890) 14407 yerə;

II ixtisas qrupunda 14550 yerdən (o cümlədən Azərbaycan bölməsi - 11335, rus bölməsi - 575, birgə - 2640) 4390 yerə;

-III ixtisas qrupunda 15459 yerdən (o cümlədən Azərbaycan bölməsi – 11854, rus bölməsi – 1410, birgə - 2195) 4318 yerə;

-IV ixtisas qrupunda 4600 yerdən (o cümlədən Azərbaycan bölməsi – 3520, rus bölməsi – 330, birgə - 750) 3135 yerə;

-V ixtisas qrupunda 4011 yerdən (o cümlədən Azərbaycan bölməsi üzrə 1226, rus bölməsi üzrə 110, birgə - 2675) 1584 yerə tələbə qəbulu dövlət sifarişi əsasında aparılır.

Digər xəbərlər