"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Kiprdə "Omoniya" komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında rəqib barədə danışıb. O bildirib ki, "Omoniya" təcrübəli və keyfiyyətli futbolçulardan təşkil olunub. Mütəxəssis sabah vacib və maraqlı oyuna çıxacaqlarını bildirib:
"Artıq iki aya yaxındır ki, avrokuboklarda çıxış edirik. Rəqib komanda təcrübəli və keyfiyyətli futbolçulardan təşkil olunub. "Omoniya" Azərbaycan futbol camiəsinə tanış rəqibdir. "Qarabağ" və "Qəbələ"yə qarşı mübarizə aparıblar. Heyətlərini yeni futbolçularla gücləndiriblər. Bu, onların çıxışlarına müsbət təsir edib. Sabah azarkeşlər maraqlı və gərgin oyuna şahidlik edəcəklər".
Qeyd edək ki, avqustun 22-də GPS stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Cavab görüşü bundan bir həftə sonra gerçəkləşəcək.
Mətləb
Məlum olub ki, müntəzəm işıqlandırma maddələr mübadiləsinə düşündüyümüzdən daha çox təsir göstərə bilər…
Qida qəbuluna nəzarət etmək idrak qabiliyyətlərinə təsir göstərir...
Video fakt...
Yarım dəqiqədə həddindən artıq yeməyi necə dayandırmaq olar? Diyetoloq kompulsiv yeməklə mübarizə aparmaq üçün unikal psixoloji və fiziki sıfırlama texnikası təklif edib...
Mükəmməl görünür...
Təyyarədə səhv oturacaq seçmək bütün uçuşunuzu poza və özünüzü daha az rahat hiss etməyinizə səbəb ola bilər...