Cəmiyyət

  • 1 318

TKT imtahanına qeydiyyat davam edir

image

Oktyabrın 26-da Dövlət İmtahan Mərkəzində (Suleyman Sani Axundov küçəsi, 108 ünvanında yerləşən inzibati binasında) TKT (Teaching Knowledge Test) imtahanı keçiriləcək. SİA-nın əldə etdiyi məlumata görə, imtahana qeydiyyat sentyabrın 11-dək davam edəcək.

Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olan Dövlət İmtahan Mərkəzi ingilis dili müəllimləri üçün bilik və bacarıqları beynəlxalq səviyyədə təsdiq edən TKT (Teaching Knowledge Test) kvalifikasiyasının TKT Modul 1, TKT Modul 2, TKT Modul 3, TKT Modul YL (Young Learners – azyaşlı öyrənənlərə dilin tədrisi) və TKT Modul CLIL (Content and Language Integrated Learning – dilin məzmunla inteqrativ tədrisi) modulları üzrə imtahan təşkil edir.

Dövlət İmtahan Mərkəzi, həmçinin Kembric ingilis dili üzrə qiymətləndirmə (Cambridge English Qualifications), Kembric ingilis dili üzrə tədris (Cambridge English Teaching) imtahanlarını təklif edir. Mərkəz tələb əsasında Kembric ingilis dili üzrə səviyyə testi (Cambridge English Placement Test - CEPT) də təşkil edir.

Əlavə məlumat üçün [email protected] ünvanına yazmaq olar.

Digər xəbərlər