UEFA Çempionlar Liqasında pley-offun cavab oyunları keçirilir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, ölkəmizi mötəbər turnirdə təmsil edən "Qarabağ" doğma meydanda Zaqrebin "Dinamo" klubu ilə üz-üzə gələcək.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanı İngiltərədən olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, pley-offun Xorvatiyada keçirilən ilk oyununda "Qarabağ" 3:0 hesabı ilə məğlub olub.
Çempionlar Liqası
Pley-off, cavab oyunu
28 avqust
20:45. "Qarabağ" – "Dinamo" - 0:0 (Birinci hissə)
Baş hakim: Maykl Oliver
Baş hakimin köməkçiləri: Styuart Burt, Li Betts
Dördüncü hakim: Kris Kavanaq
VAR hakimləri: Styuart Attuell, Timoti Vud
UEFA nümayəndəsi: Filip Popovski
Tədqiqatçılar burnu beyinə bağlayan spesifik bir sinir yolu müəyyən ediblər...