Cəmiyyət

  • 402

İtaliyalı deputat: "Mən heyrətə gəldim"

image

Artıq ikinci dəfədir Azərbaycanda seçki prosesini müşahidə edirəm. Ölkənizdə məni heyrətə gətirən xüsusiyyətlərdən biri Azərbaycan xalqının bu seçkilərdə fəal iştirak etmək istəyidir. İnsanların həvəsi də məhz demokratiyanın təzahürüdür.

Bu sözləri AZƏRTAC-a müsahibəsində italiyalı deputat Naike Gruppioni deyib.

“Mən səhər saatlarından başlayaraq artıq bir neçə seçki məntəqəsində olmuşam. Seçki məntəqələrində apardığım müşahidələrə əsasən deyə bilərəm ki, seçki prosesi çox diqqətlə təşkil olunub və şəffaflıq təmin edilib. Mən seçicilər arasında gəncləri görməkdən məmnun oldum. Eyni zamanda, təşkilati işlərdə həm gənclərin, həm də xanımların iştirakı onu göstərir ki, Azərbaycan xalqı öz uğurlu gələcəyini qurmaq üçün maraq göstərir”, - deyən deputat bildirib ki, biz siyasətçilər daim insan hüquqlarından danışmağı xoşlayırıq. Ancaq mən bu gün burada insan hüquqlarının qorunmasının canlı şahidi oldum. Xüsusilə Azərbaycanda seçki prosesində qadınlara verilən hüquqların canlı şahidi oldum. Qadınlar həm seçkilərin təşkilində, həm də seçki prosesinə nəzarətdə çox fəal iştirak edirlər. Bu isə qadınlara verilmiş hüquqların bariz nümunəsidir.

Digər xəbərlər