"Qarabağ" komandası növbəti transferini reallaşdırıb.
SİA-nın əldə etdiyi məlumata görə, Ağdam təmsilçisinin mətbuat xidmətindən bildiriblər ki, Ukraynanın "Şaxtyor" (Donetsk) klubu ilə müqaviləsi bitdikdən sonra azad agent statusu daşıyan Aleksey Kaşuk heyətə cəlb edilib. 24 yaşlı hücuma meyilli yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
"Şaxtyor"un (Donetsk) yetirməsi olan Aleksey Kaşuk 2019-2022-ci illərdə icarə əsasında ölkəsində "Mariupol"un, 2022-2023-cü illər mövsümündə isə Azərbaycanda "Sabah"ın formasını geyinib. Ukraynanın aşağı yaş qrupu üzrə bütün yığmalarında çıxış etmiş yarımmüdafiəçi 2019-cu ildə 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən dünya çempionatının qalibi olub.
Qeyri-adi simptomlar həkimləri uzun müddət çaşdırmışdı...
Yerli hakimiyyət orqanları tədbiri şəhər üçün “xüsusi hədiyyə” adlandırıblar...
Beyin sadəcə ona çatmaq imkanı əldə edir...
Böyük partlayışı simulyasiya edərkən,..amma, cəmi qramın 29 trilyonda biri qədər