Cəmiyyət

  • 1 041

Masallıda qanunsuz ov edən şəxslər barədə araşdırma aparılır

image

Masallı rayonunda qanunsuz ov edən şəxslər müəyyən edilib. SİA xəbər verir ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon ərazisində ov üçün təyin edilməyən yerdə Ş.Kərimov və qardaşı F.Kərimovun qanunsuz olaraq ov etdikləri müəyyən olunub.

Onlardan 2 ədəd ov tüfəngi və qanunsuz ovladıqları çöl quşları aşkarlanıb.

Fakt üzrə araşdırma aparılır.

Digər xəbərlər