Cəmiyyət

  • 1 072

Mərkəzi Bankın “Maliyyəçisən” təcrübə proqramı başa çatıb

image

Azərbaycan Mərkəzi Bankının (AMB) "Maliyyəçisən" təcrübə proqramının 1800-ə yaxın namizədi arasından seçilmiş 33 təcrübəçinin AMB-də 2 ay boyunca davam edən təlimi başa çatıb.

SİA xəbər verir ki, təcrübə proqramının məzun günü münasibətilə keçirilən tədbir zamanı təcrübəçilər daha öncədən komandalara bölünərək hazırlamış olduqları layihələri münsiflərin diqqətinə çatdırıblar.

Mərkəzi Bankın rəhbər heyətinin təmsil olunduğu münsiflər heyəti ən uğurlu layihəni qiymətləndirərək komandanı mükafatlandırıb.

Məzun günündə Mərkəzi Bankın sədri Taleh Kazımov da tədbirdə iştirak edərək iştirakçılara ən səmimi arzularını çatdırıb, onları maraqlandıran sualları cavablandırıb. O, öz təcrübəsindən ən maraqlı xatirələri bölüşərək gəncləri çağırışlardan çəkinməməyə, daha cəsarətli olmağa və peşəkar inkişafa önəm verərək inamla irəliləməyə səsləyib.

Digər xəbərlər