Cəmiyyət

  • 993

Ağdamda Belarusun dəstəyi ilə aqrar şəhərcik yaradılır

image

Ağdam rayonunun Qızıl Kəngərli kəndində belaruslu mütəxəssislərin iştirakı ilə aqrar şəhərciyi yaradılır. SİA Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir ki, bu barədə Komitənin sədri Anar Quliyev Belarusun xarici işlər nazirinin müavini İqor Nazarukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə bildirilib.Görüşdə aqrar şəhərciyin yaradılması ilə bağlı layihə işlərinin icra vəziyyəti müzakirə edilib və layihənin Ağdam rayonunda yaşayış məskənlərinin hərtərəfli inkişafına, kənd ərazilərinin dirçəldilməsinə, bölgənin iqtisadiyyatına təsiri vurğulanıb.İşğaldan azad olunmuş ərazilərin bərpasında Belarus təcrübəsinin tətbiqi ilə mövcud əməkdaşlıq əlaqələrinin daha da genişlənəcəyi qeyd olunub.Komitə sədri iki ölkə arasında mövcud əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini və qabaqcıl təcrübələr əsasında birgə layihələrin icrası üçün geniş imkanların olduğunu vurğulayıb.

Digər xəbərlər