PDF Oxu

Cəmiyyət

  • 2 363

Çempionlar Liqası: “Neftçi” ilk oyununa çıxıb

image

Qadın futbolçulardan ibarət "Neftçi" komandası bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayıb.

SİA xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv I mərhələdə Avstriyanın "Sankt-Pölten" komandası ilə qarşılaşıb. Gürcüstanın Tsxaltubo şəhərində yerləşən Tsxaltubo Texniki Mərkəzinin stadionunda keçirilən görüş rəqibin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Çempionlar yolunun II qrupunda baş tutan digər oyunda isə "Vlajniya" (Albaniya) - "Lançxuti"yə (Gürcüstan) 3:0 hesabı ilə qalib gəlib. "Ağ-qaralar" üçüncü yer uğrunda görüşdə Gürcüstan təmsilçisi ilə üz-üzə gələcək. Həmin oyun sentyabrın 7-də keçiriləcək.

Digər xəbərlər

Şəkəri olanlar hansı dənli bitkiləri yeməlidir?

Endokrinoloq qlükoza mübadiləsi pozğunluğu olan insanların pəhrizinə hansı dənli məhsulların daxil edilə biləcəyini və sağlamlığın sabit qalmasına kömək edə biləcəyini izah edib

Alimlər enerji saxlama sahəsində inqilab ediblər...

Dünyanın ilk kvant batareyası ultra sürətli şarj təmin edir...