PDF Oxu

Cəmiyyət

  • 2 526

2500 illik qızıl boyunbağı Türkiyəyə qaytarılıb

image

Türkiyədən qaçaqmalçılıq yolu ilə aparılan və uzun illər ərzində Amerika Birləşmiş Ştatlarının (ABŞ) Boston şəhərindəki muzeydə sərgilənən Lidiya dövrünə aid 2500 illik qızıl boyunbağı Türkiyəyə qaytarılıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

1982-ci ildə Manisanın Bintəpələr bölgəsindən qaçaqmalçılıq yolu ilə ABŞ-a aparılan qızıl boyunbağı Türkiyənin Bostondakı Baş Konsulluğundakı rəsmilərə təhvil verilib.

Türkiyənin Nyu Yorkdakı mədəniyyət attaşesi Hilal Demirel qızıl boyunbağının təxminən 20 santimetr uzunluğunda olduğunu bildirib.

Hilal Demirel deyib: "Əsər eramızdan əvvəl 6-5-ci əsrlərə aiddir. Bu günə qədər yaxşı qorunub saxlanılan bu əsər Bintəpələr nekropolu ərazisində aşkar edilən digər əsərlərə bənzəyir''.

Əsərin bölgə üçün tarixi və mədəni əhəmiyyətinə toxunan H.Demirel deyib: "Bu əsərin geri qaytarılması həm arxeoloji tədqiqatların inkişafı, həm də mədəni irsimizin qorunması baxımından mühüm addım hesab olunur".

Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy da 2024-cü ildə 20 tarixi əsərin qaytarılacağını və "Bintepelər boyunbağı" ilə bu sayın 21-ə çatdığını açıqlayıb.

Digər xəbərlər

Samsung “gərilən” smartfonu təqdim etdi...

Gələcəyin mobil cihazları necə ola bilər?

Alimlər propolisin faydalı xüsusiyyətlərini müəyyən ediblər...

O, artıq çəkidən əziyyət çəkən insanlara kömək edə bilər...

Al, bu da sənə moda?..

Model moda nümayişində çılpaq sinəsini çay stəkanları ilə örtdü...

Alimlər yuxunu necə bərpa etməyi açıqlayıblar...

Bunun üçün sadəcə bir dəyişiklik kifayətdir...

“Niyə pişikləri yatarkən oyatmamalısınız..?”

Baytarlar, ev heyvanları yatarkən onların pəncələrinin və ya quyruqlarının qıvrıldığını görsələr,.. onları narahat etməməyi məsləhət görürlər...